Zəfər Günü Berlində çoşqu ilə qeyd olunub
Noyabr ayının 8-də Azərbaycanın Almaniyadakı səfirliyi Zəfər Günü ilə bağlı Berlindəki Azərbaycan Mədəniyyət Mərkəzində “Sülh və Birgəyaşayış” devizi altında geniş tədbir təşkil edib. Tədbir çərçivəsində TRT World kanalının çəkdiyi “Böyük Qayıdış: Qarabağ” adlı film nümayiş etdirilib. Tədbirdə Bundestaq deputatları, Almaniyanın dövlət qurumlarının təmsilçiləri, xarici ölkələrin səfirləri, KİV nümayəndələri, elm və mədəniyyət xadimləri, eləcə də Almaniyada yaşayan Azərbaycan, türk və digər icmaların üzvləri, ümumilikdə 400-ə yaxın qonaq iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev qonaqları Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidləri bir dəqiqəlik sükutla anmağa dəvət edib. Sonra o, Azərbaycan ərazilərinin 20%-nin Ermənistan tərəfindən 30 ilə yaxın müddətdə işğal altında saxlanılması, 1 milyondan artıq azərbaycanlıya qarşı aparılmış soyqırımı və etnik təmizləmə siyasəti, 7 şəhər və 900-dən artıq kəndin tamamilə dağıdılması, Müzəffər Ali Baş Komandan Prezident İlham Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələrimizin torpaqlarımızı işğaldan azad edərək tarixi ədaləti və beynəlxalq hüququ bərpa etməsi barədə tədbir iştirakçılarını məlumatlandırıb.
N.Ağayev həmçinin Azərbaycanı bu ilin 19-20 sentyabr tarixlərində anti-terror tədbirlərinin keçirilməsinə sövq edən amillərdən, o cümlədən Ermənistanın 10 000-ə yaxın əsgərini Azərbaycan ərazisində qanunsuz olaraq saxlaması və həyata keçirdiyi mina terroru təxribatlarından söhbət açıb. Səfir Azərbaycanın regionda sülh və əmin-amanlığın bərpası naminə atdığı humanist addımlardan da danışıb. Qeyd edib ki, bütün olanlara baxmayaraq Azərbaycan və Ermənistan arasında sülhün bərqərar olması, xalqlar və dövlətlər arasında münasibətlərin normallaşması labüddür. Əlavə edib ki, hazırda iki ölkə arasındakı münasibətlərdə yeni səhifənin açılması üçün əlverişli fürsət yaranıb və Ermənistan bu vəziyyəti layiqincə qiymətləndirməlidir.
Tədbirdə çıxış edən “Böyük Qayıdış: Qarabağ” filminin müəllifi Oubai Şahbandar film barədə iştirakçılara məlumat verib. O, filmin çəkilişi zamanı qarşılaşdığı maraqlı məqamlardan söhbət açıb.
Daha sonra Zəfər Günü ilə bağlı ziyafət verilib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.