Təranə Paşayeva:
Qənirə Paşayevanın “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimat mərasimi
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri olmuş mərhum deputat Qənirə Paşayevanın qardaş Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illik əlamətdar yubileyinə həsr etdiyi “Addım-addım Türkiyə” adlı sənədli filminin təqdimatı keçirilib. “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin istehsalı olan filmin rejissoru Elnurə Kazımova, operatoru Sərvər Kamranlıdır. Film işlənərkən 64 gün ərzində Türkiyənin 57 vilayətində çəkilişlər aparılıb.
Təqdimat mərasimini açan Milli Məclisin deputatı, akademik Nizami Cəfərov keçmiş həmkarının Vətəninə, xalqına, Türk dünyasına ürəkdən bağlı olduğunu, insanların onu çox sevdiyini və ona inandıqlarını vurğulayıb: “Qənirə Paşayeva anadan jurnalist doğulmuşdu. Sonra siyasətdə də uğur qazandı. Ünsiyyəti, səmimiyyəti, insansevərliyi onu həmişə digərlərindən fərqləndirirdi. O, çox yaradıcı insan idi və öz dövlətinə sadiq idi.
Qənirə xanımı Türk dünyasında çox sevirdilər. O, bu məhəbbəti əməlləri ilə qazanmışdı”.
Qənirə Paşayevanın Türk dünyasını, dünya türklüyünü çox sevdiyini diqqətə çatdıran Türkiyənin ölkəmizdəki səfiri Cahid Bağçı bildirib ki, Cümhuriyyətin yaranmasının 100 illiyinə həsr olunan “Addım-addım Türkiyə” sənədli filmi Türkiyənin tanıdılmasına bir töhfədir. “Qənirə Paşayeva Türk dünyasının cəsur qızı idi. O, az ömür sürsə də, üç insan ömrünə bərabər iş görərək, özündən sonra iz qoyub getdi”, – deyə C.Bağçı əlavə edib.
Qənirə Paşayevanı milli təfəkkürə malik insan, jurnalist, şəxsiyyət kimi xarakterizə edən, onun təkcə Azərbaycanın deyil, bütöv Türk dünyasının övladı olduğunu deyən “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov onun zəhməti ilə ərsəyə gələn filmin önəmini vurğulayıb. Bildirib ki, Qənirə Paşayeva karyerasına jurnalist kimi başladığı kimi, onun jurnalist kimi son işi də çəkdiyi sənədli film oldu.
AzTV-nin sədri Türkiyə Cümhuriyyətinin yaranmasının 100 illiyinə həsr etdiyi “Addım-addım Türkiyə” sənədli filmi ilə Qənirə Paşayevanın izləyicilərə önəmli ismarıclar verdiyini vurğulayıb.
Milli Məclisin deputatı Arzu Nağıyev, mərhum deputatın əmisi, Əməkdar elm xadimi, professor Qəzənfər Paşayev, qardaşı Hüseyn Paşayev onunla bağlı xatirələrini bölüşüb, ürək sözlərini deyib.
Filmin rejissoru Elnurə Kazımova Qənirə Paşayeva ilə birgə ərsəyə gətirdikləri ekran əsərindən danışıb. Filmin çəkilişində mərhum deputatın çox əziyyət çəkdiyini dilə gətirən rejissor, Qənirə xanımın xatirəsinə ehtiram olaraq filmin növbəti hissələri üzərində işi davam etdirəcəyini bildirib.
Çıxışlardan sonra sənədli film nümayiş olunub.
Təqdimat mərasimində Milli Məclisin deputatları, ölkə ictimaiyyətinin tanınmış nümayəndələri, QHT, KİV rəhbərləri və b. iştirak edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.