Araik başa düşdü ki, Putin onu aldadır - Petrosyan
Qarabağ ermənilərinin içində baş verənlər qlobal oyundur: ABŞ, Qərb Rusiyaya qarşı.
Bu fikri qondarma qurumun “prezidenti” yanında “Antiböhran Şurası”nın “keçmiş sədri” Tiqran Petrosyan yerli Civilnet kanalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, müharibədən sonra Qərb Xankəndidəki separatçı rejimə Azərbaycanın tərkibində geniş hüquq və təhlükəsizliklə muxtariyyət təklif etsə də, erməni tərəfi bundan imtina edib.
“Həmin anda bu düzgün idi, çünki “fövqəldövlət”in lideri Putin demişdi ki, onlar, ermənilər orada ləyaqətlə yaşayacaqlar və status-kvo olacaq”, - deyə Petrosyan qeyd edib.
Petrosyan Araik Arutyunyanı “vəzifədən” uzaqlaşdırmaq qərarına gəlməsinin arxasında Rusiyanın dayandığını iddia edib. Onun sözlərinə görə, Arayik Arutyunyan Putinə axıracan inanıb.
“Araik Putin üçün şam yandırdı. Amma sonda Putinin onu aldatdığını anlayandan sonra rusları görməzdən gəlməyə başladı. Bütün rus generalları - Muradov, Volkov və başqaları son vaxtlara qədər Qarabağda pul qazanırdılar. Amma sonra oradakı (Ermənistanda – red.) yerli rusofillər Arayiki daha itaətkarla dəyişmək qərarına gəliblər”, - deyə Petrosyan bildirib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.