ŞAHMAT
-----------------
Аzərbaycanın şahmat yığmaları AÇ-nın startında Danimarka və Sloveniyaya qarşı oynayacaq
Bu gün Montoneqronun Budve şəhərində şahmat üzrə kişi və qadınlar arasında komanda Avropa çempionatına start veriləcək. Çempionatda Azərbaycan da daxil olmaqla 38 kişi və 32 qadın komandası mübarizə aparacaq. Hər bir komandanın heyəti 4 əsas və bir ehtiyat oyunçudan ibarətdir. Noyabrın 11-dən 20-dək davam edəcək bu yarışda 16 noyabr istirahət günü olacaq. Oyunlar hər gün saat 17:00-da başlanacaq. İsveçrə sistemi üzrə keçirilməklə 9 turdan ibarət olan çemöionatda Azərbaycan həm kişilərin, həm də qadınlaın yarışında təmsil olunur.
Startda kişi komandamız Danimarka, qadınlarımız isə Sloveniya millisi ilə qarşılaşacaq.
Danimarkaya qarşı oyunda Azərbaycanı Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Nicat Abbasov, Rauf Məmmədov təmsil edəcək. Vasif Durarbəyli isə ehtiyat oyuncudur.
Sloveniyaya qarşı oynayan qadın yığmamızın heyətində isə Günay Məmədzadə, Ülviyyə Fətəliyeva, Gövhər Beydullayeva, Gülnar Məmmədova və Xanım Balacayeva yer alıb.
İNTİQAM Məmmədov
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.