Sarkisyandan 1 milyon dollar ödəmək tələb olundu
Ermənistanın üçüncü prezidenti Serj Sarkisyanın işi ilə bağlı noyabrın 13-də növbəti məhkəmə iclası keçirilib.
Bu barədə S. Sarkisyanın hüquqşünaslar komandasının üzvü Ruben Akopyan jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, iclasda ittiham tərəfi keçmiş dövlət başçısına qarşı mülki iddia ilə çıxış edib: "ittihamçılar vurulan maddi ziyanın həcmində pul cəriməsi tələb ediblər".
Müdafiə tərəfi iddia ilə bağlı 14 gün vaxt istəyib.
"Biz bu ittihamı qəbul etmədiyimizi bildirsək də, müddət istədik", - R. Akopyan söyləyib.
Qeyd edək ki, S.Sarkisyan və "Flash" şirkətinin sahibi, biznesmen Barseq Beqlaryana qarşı cinayət işi 2019-cu ilin sonunda açılıb.
İstintaqın məlumatına görə, 2013-cü ildə o zaman dövlət başçısı postunda olan Serj Sarkisyan "Flash" şirkətinə himayədarlıq edib.
Şirkətin rəqibləri daha yüksək qiymət təklif etsə də (təxminən bir milyon dollar), hökumətin dizel yanacağının tədarükü üçün tenderini "Flash" udub. İttiham tərəfinin bildirdiyinə görə, dövlətə 1 milyon dollara yaxın ziyan dəyib.
Nikol Paşinyan hakimiyyətə gələndən sonra bu məsələ araşdırılıb və cinayət işi açılıb.
S.Sarkisyan büdcə vəsaitlərini talamaqda ittiham olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.