"Bir millət, iki dövlət" adlı Beynəlxalq elmi konfransın panel iclası: “Türk dünyası tarixində Heydər Əliyev”
Türkiyənin Ankara şəhərində Bakı Dövlət Universiteti (BDU) və Ankara Universitetinin birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Bir millət, iki dövlət" adlı Beynəlxalq elmi konfransda “Türk dünyası tarixində Heydər Əliyev” adlı panel iclas keçirilib.
Tədbirdə çıxış edən Milli Məclisin üzvləri, akademiklər Rafael Hüseynov və Nizami Cəfərov Ulu Öndərin müstəqil Azərbaycanın xilaskarı olduğunu vurğulayıb, ölkəmizin inkişafı istiqamətindəki əvəzsiz xidmətlərindən, tariximizdəki əvəzsiz rolundan söhbət açıblar.
Daha sonra çıxış edən BDU-nun Jurnalistika fakültəsinin dekanı, Azərbaycan Mətbuat Şurasının sədr müavini Vüqar Əliyev Azərbaycan mətbuatının, Azərbaycan-Türkiyə mediasının qarşılıqlı əlaqələrinin inkişafında Ulu Öndərin xidmətlərindən bəhs edib.
YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev Ulu Öndər Heydər Əliyevin Azərbaycan və Türkiyə əlaqələrinin inkişafında rolundan və hazırda Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qardaşlıq münasibətlətinin hər iki ölkənin inkişafındakı önəmindən danışıb. Natiq eyni zamanda Milli Məclisin komitə sədri Sadiq Qurbanovun "Zamana sığmayan lider" kitabından bəzi nüansları konfrans iştirakçılarının diqqətinə çatdırıb.
Konfrans BDU-nun Mədəniyyət-Yaradıcılıq Mərkəzinin solisti Rəqsanə Əsədovanın ifası ilə yekunlaşıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.