"Tik Tok" bu ölkədə qadağan edildi
Nepal hökuməti Çinə məxsus sosial media platforması “TikTok”u qadağan etmək qərarına gəlib.
“TikTok”un ölkədəki ictimai quruluşu pozduğu əsas gətirilir.
Rabitə və İnformasiya Texnologiyaları naziri Rekha Şarma platformanın etiraz doğuran məzmun yaydığını söyləyib.
“Qadağa dərhal qüvvəyə minəcək. Səlahiyyətlilərə qərarı həyata keçirmək üçün göstəriş verilib”.
Xarici işlər naziri Narayan Prakaş Saud Nazirlər Kabinetinin iclasından sonra açıqlama verib.
“Sosial media platformaları olan şirkətlərdən Nepalda qeydiyyatdan keçib əlaqə ofisi açmalarını, vergi ödəmələrini, ölkənin qanun və qaydalarına əməl etmələrini xahiş edirm”,- açıqlamada qeyd olunub.
Qeyd edək ki, bu ilin may ayında ABŞ-nin Montana ştatı "TikTok" tətbiqindən istifadəni qadağan edib.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.