"TikTok" bir müddətdir ABŞ-ın milli təhlükəsizliyinə təhdid yaratdığı əsası ilə müzakirə edilir.
ABŞ senatoru Maykl Bennetə, "Apple" şirkətinin rəhbəri Tim Kuk və "Google" baş direktoru Sundar Piçaya ünvanladığı məktubda o, "Apple" və "Google"-dan "TikTok"-u tətbiq mağazalarından "dərhal" silməyi tələb edib. Müvafiq olaraq, "Tiktok" "App Store" və "Play Store"-dan qadağan edilə bilər. Şirkətin geniş istifadəçi bazası və aqressiv məlumat toplama siyasətinin ABŞ-ı bu qərara sövq etdiyi vurğulanır.
Ölkədə "TikTok"-u məhdudlaşdırmaq və qadağan etmək üçün əvvəllər də müraciətlər olub. Bununla belə, Senatın Kəşfiyyat Komitəsinin üzvü Bennet "TikTok"-un silinməsi ilə bağlı "Apple" və "Google" ilə birbaşa əlaqə saxlayan ilk ABŞ hüquq-mühafizə orqanı olub.
Bu yaxınlarda "TikTok" əməkdaşlarının istifadəçi məlumatlarına icazəsiz daxil olduğu və bu məlumatları sızdırdığı məlum olub. Hadisəni etiraf edən "TikTok"-un əsas şirkəti ByteDance, onun casusluq etdiyini anlayan dörd əməkdaşını işdən çıxardığını açıqlayıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.