BDU-da Şirvan Milli Parkında ceyran populyasiyasının sosial strukturu öyrənilib
Bakı Dövlət Universitetinin (BDU) Ekologiya və torpaqşünaslıq fakültəsində növbəti elmi seminar keçirilib. Seminarda Bioekologiya kafedrasının doktorantı Sevinc Saruxanovanın “Şirvan Milli Parkında ceyran populyasiyasının (Gazella subgutturosa Guldenstaedt, 1970) sosial strukturu” mövzusunda məruzəsi dinlənilib.
Sevinc Saruxanova ceyranların tarixən Şərqi Qafqazda Kür-Araz ovalığında və Abşeron yarımadasında geniş yayıldığını, zamanla Xəzər dənizinin səviyyəsinin dəyişməsi, Kür-Araz çaylarının gətirdiyi çöküntülər, tektonik proseslər, iqlim dəyişmələri nəticəsində bitki örtüyünün təbii uyğunlaşması, antropogen təsirlər və s. amillərin ceyranların sayına və arealının ölçüsünə təsir etdiyini bildirib: “1960-cı ildə aparılmış aviasayğı zamanı respublika ərazisində cəmi 131 baş ceyran qeydə alınıb. Təcili olaraq bu növün xilas edilməsi üçün xüsusi mühafizə tədbirləri həyata keçirilib. Bunun üçün də ceyranın yayıldığı ərazilərdə yeni xüsusi mühafizə olunan təbiət əraziləri yaradılıb (Bəndovan, Korçay, Qax yasaqlıqları, Şirvan və Korçay qoruqları, Şirvan, Ağgöl və Abşeron milli parkları) və ceyranların tarixi areallarına reintroduksiya planları hazırlanıb həyata keçirilib”.
Seminarda qeyd olunub ki, Şirvan Milli Parkında tədqiqatlar 2017-2021-ci illər ərzində fərqli fəsillərdə aparılıb və 25704 başdan ibarət olan 8602 qrup qeydə alınıb. Qrupların tərkibini və ölçüsünü qiymətləndirmək üçün yalnız cinsi və yaşı ilə müəyyən edilən fərdlər haqqında məlumatlardan istifadə edilib. Ümumilikdə 3512 qrup üzrə 14408 baş ceyran müəyyən olunub. Həmçinin ceyran populyasiyası üçün beş sosial qrup növü müəyyənləşdiyi, mövsümlərə görə qrupların orta ölçülərində əhəmiyyətli fərqlərin aşkarlandığı diqqətə çatdırılıb.
Sonda seminar iştirakçılarının mövzu ilə bağlı müxtəlif yanaşmaları dinlənilib, onları maraqlandıran suallar cavablandırılıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.