“Yaradıcı oxucularımız” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, tanınmış yazıçı, professor Solmaz Amanova kitabxanada həyata keçirilən “Yaradıcı oxucularımız” layihəsinə “Səhləb çiçəyi” nağılını təqdim etdi.
Ədibin uşaqlar üçün yazdığı əsərlər şifahi xalq ədəbiyyatına və adət-ənənələrimizə bağlılığı ilə seçilir. Onun uşaqlar üçün yazdığı nağıllar, pyeslər Vətənə məhəbbət, sədaqət, hümanizm hissləri aşılayır. Müəllifin kiçikyaşlı oxucularımız üçün ərməğan etdiyi nağıl öz gözəlliyi və ətri ilə seçilən səhləb çiçəyi haqqındadır.
Səhləb çiçəyi
Hələ çox qədimlərdə, insanlar mağaralarda yaşayıb, meşələrdə, çöllərdə özlərinə yemək axtaran zamanlarda bir qəbilə var idi. Qadınlar ocaqda kişilərin ovlayıb gətirdiyi ətdən dadlı yeməklər bişirirdilər. Bu qəbilədə uşaqlar da yaşayır, onlar da meşələrdən giləmeyvə və göbələk yığır, qoz və şabalıd gətirirdilər. Bu qəbilədə çox qoca bir nənə yaşayırdı. Onun adı Ləb idi. Bu qarıya hamı hörmət edir, heç kəs onun sözündən çıxmırdı.
Ləb nənənin çoxlu nəvəsi var idi. Hər səhər onlar meşəyə yollananda, nənə sevimli nəvəsi Səhi çağırır, ondan xahiş edirdi ki, mağaranı bəzəmək üçün çay gülləri gətirsin və həmişə də tapşırardı:
– Narıncı səhləb çiçəkləri dərməyi unutma.
– Nənə, axı sənin nəyinə gərəkdir bu güllər? Dağlarda o qədər gözəl-göyçək çiçəklər var ki. Axı bu güllərin üstündə arılar yatır. Onlar oyanıb məni sancarlar.
– Yox, Səh bu güllər çox ağıllıdırlar. Onlar arıları bihuş edib yatızdırır, beləliklə də, tozlanırlar. Bu gözəl çiçəklərin ətrini təkcə arılar deyil, siz də xoşlayırsınız. Mənim bişirdiyim çörəkləri yeyəndə, mənə çox sağ ol, deyəcəksiniz.
Çörək ona görə ləzzətli olurdu ki, nənə bu çiçəyin toxumlarını həvəngdəstədə döyüb xəmirə qatırdı.
Həmişə uşaqlar dağlara qalxanda deyərdilər.
– Səh, Ləb nənə üçün gül dərməyi unutma.
İllər ötdü, sonralar bu gülü nənə və nəvənin şərəfinə səhləb adlandırdılar.
Bu gün bizim ləzzətlə yediyimiz kökələr ona görə dadlıdır ki, ona həmin o çiçəyinin toxumlarından alınmış vanil qatılır.
Səhləbin tumlarından vanil alınır, soğanaqlarından tibbdə istifadə olunur.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.