20 noyabr Ağdam Şəhəri Günü
Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin A.Şaiq adına 2 №-li kitabxana filialının əməkdaşı Afət Ağayeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 20 noyabr Ağdam şəhəri günü elan edilməsi ilə əlaqədar videoçarx hazırladı.
Videoçarxda Ağdam rayonunun coğrafi mövqeyi, tarixi, mədəniyyəti, tarixi abidələri, mədəniyyət və memarlıq nümunələri haqqında məlumat verilir.
Qeyd olunur ki, erməni işğalından əvvəl rayonda 54 tibb müəssisəsi, 79 mədəniyyət ocağı, 10 istirahət mərkəzi, 2 dəmir yolu vağzalı və aeroport, Ü.Hacıbəyli adına musiqi texnikumu, Ə.Haqverdiyev adına Ağdam Dövlət Dram Teatrı fəliyyət göstərmişdi. Videoçarxda dünyada yeganə çörək müzeyi Ağdamın ən maraqlı muzeylərindən biri – Ağdam Çörək Muzeyi haqqında məlumat verilir.
Videoçarxda rayonun ermənilər tərəfindən işğal olunması haqqında da məlumat verilir. Qarabağ uğrunda gedən döyüşlərdə altı mindən çox ağdamlının şəhid olduğu və yüz iyirmi mindən çox insanın öz doğma yurdundan məcburi köçkün düşməsi qeyd edilir.
44 günlük Vətən müharibəsində Ağdam şəhərinin 20 noyabr 2020-ci ildə azad edilməsi, Azərbaycan ordusu tərəfindən şəhərin mərkəzində Azərbaycan bayrağının ucaldılması videoçarxda öz əksini tapıb.
03 Comments
High Life tempor retro Truffaut. Tofu mixtape twee, assumenda quinoa flexitarian aesthetic artisan vinyl pug. Chambray et Carles Thundercats cardigan actually, magna bicycle rights.
Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.
VHS Wes Anderson Banksy food truck vero. Farm-to-table selfies labore, leggings cupidatat sunt taxidermy umami fanny pack typewriter hoodie art party voluptate cardigan banjo.