Dövlət bayraqları yarıya endirilib
Dövlət bayraqları yarıya endirilib
“Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Embraer-190” sərnişin təyyarəsinin faciəvi şəkildə qəzaya uğraması ilə əlaqədar bu gün Azərbaycanda ümummilli matəm günüdür.
Dekabrın 25-də baş vermiş faciə nəticəsində sərnişinlər və ekipaj üzvləri həlak olub.
Ölkədə həlak olanların xatirəsinə matəm əlaməti olaraq dövlət bayraqları endirilib, əyləncəli tədbirlər və proqramlar ləğv edilib.