Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesinin baxış iclasında, onun ittiham olunduğu Cinayət Məcəlləsinin (CM) müvafiq maddələri elan edilib.
Bildirilib ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-nin
-100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma),
-107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), -110 (insanları zorakılıqla yoxa çıxarma),
-112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə),
-113 (işgəncə),
-114.1 (muzdluluq),
-115.2 (müharibə qanunlarını və adətlərini pozma),
-116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), -120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə),
-29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, -29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),
-192.3.1 (qanunsuz sahibkarlıq),
-214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq),
-214-1 (terrorçuluğu maliyyələşdirmə),
-218.1, 218.2 (cinayətkar birlik yaratma),
-228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə),
-270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), -278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),
-279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma),
-318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.
Gördüyünüz kimi cinayət maddələrinin sayı-hesabı yoxdur. Adam Azərbaycana qarşı cinayətlərin, günahların içində rəsmən itib-batır.
Maraqlıdır ki, məhkəmə iclasında hakim qanunvericiliyə əsasən təqsirləndirilən şəxsə özünü təqsirli bilib-bilməməsinə dair suallar ünvanlayıb. Vardanyan isə növbəti həyasızlığa əl atıb, ona qarşı irəli sürülmüş ittihamlara etiraz əlaməti olaraq hakimin suallarına cavab verməkdən imtina edib.
Başqa sözlə desək, susub.
Əlbəttə, təqsirləndirilən şəxs susmaq haqqından istifadə edə bilər. Lakin susqunluq Vardanyanı xilas etməyəcək.
O, haqq etdiyi cəzanı alacaq. Cinayət varsa, cəzası da var. Və bu, labüddür.
* * *
Эльмира Гафарова
Susmaq razılıq əlamətidir.
Beybala Mirzeyev
Bəli, əslində elədir.
Rovshan Huseynov
Onların mühakimə olunması məsələsində mən tərəddüdlüyəm.Söz yox ki,cəza almayacaqlar.
Beybala Mirzeyev
Rovshan bəy, COP29 ərəfəsində Azərbaycan məhz bu terrorçu-separatçı köpəklərə görə nə boyda təzyiqlərə məruz qaldı. Dünyanın bütün ermənipərəst dairələri birləşib bizdən bu köpəklərin azadlığa buraxılmasını tələb edirdilər. Hətta sanksiyalarla hədələnirdik. Lakin Azərbaycan o təzyiqlərin qarşısında duruş gətirməyi bacardı, bu giyenləri buraxmadı.
QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.