Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şəhərin evləri sanki dar qəfəs...

Qalmır yaşamağa bir istək, həvəs.

Əbəs atıb gəldik o kəndi, əbəs,

O kənd yaman çəkir özünə məni.

 

Uşaqlıq illərim qaldı uzaqda

Qaldı o illərdə, qaldı o çagda.

Qaldı o samovar, istı ocaq da,

O ocaq cəkərdı közünə məni.

 

İndi doğmaları axtarır gözüm,

Necə kövrəlməyim, eh, necə dözüm?!.

Elə bil tükənib, bitibdir sözüm,

Salır xatirələr izinə məni.

 

Bir nisgil qəlbimi üşüdür yaman,

Çökübdür omrümə bəyaz çən, duman.

Şairlər vətənim, indi ay aman,

Çəkir söhbətinə, sözünə məni.

Fəridə Ləman