Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əcəl caynağına alıb kəndləri,

Tükənib sevinci, başlanıb şəri,

Böyüklər həyatdan gedəndən bəri

Şəhərə köç edib qardaş-bacılar,

Qıfıllı qapılar nə vaxt açılar?

 

Açara vurulub dərmə-deşiklər,

Daha yırğalanmır burda beşiklər,

Elə qəmli-qəmli gəzir pişiklər,

Ox kimi ürəyi deşir sancılar,

Qıfıllı qapılar nə vaxt açılar?

 

Ümüdün itirir uzanan qollar,

Gedənin dalınca boylanıb yollar,

Evlərin başına dırmaşır kollar,

Alaq otu kimi artır acılar,

Qıfıllı qapılar nə vaxt açılar?

 

Pas atır anbarda kabab şişləri,

Yenə səs-küy sala bayram işləri,

Evləri bürüyə qız gülüşləri,

Yenə elçiliyə gedə hacılar,

Qıfıllı qapılar nə vaxt açılar?

 

Yenə küçələrdə quzular mələr,

Yorulan baxışlar bir az dincələr,

Nə vaxt bu yerlərə toy-bayram gələr?

Darıxan evlərdən işiq saçılar,

Bu bağlı qapılar nə vaxt açılar?

Məmməd Əvəzoğlu.18.02.2025.