Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tanınmış yazıçı-tərcüməçi Kamran Nəzirli ilə görüş +FOTOLAR

Baku Modern Educational Complex - International School.

Bu təhsil Mərkəzində tələbələrlə görüşümdən çox məmnun qaldım. Mənə yazdıqları mesajlara görə onlar da çox razı qalıblar. İlk növbədə bu GÖRÜŞün əsas təşəbbüskarı və ideya müəllifi əziz Zemfira xanım Məhərrəmliyə və Elşana xanım Həsənovaya təşəkkür edirəm. Minnətdarlığımı biıdirirəm: Mr Eyden Smitə, İradə xanıma, Aydan xanıma və görüşdə fəal iştirak etmiş bütün tələbələrə!

Bizdə həqiqətən müasir və sağlam dünyagörüşlü istedadlı gənc nəsil yetişir. Gördüm, eşitdim, öyrəndim, inandım və qürur duydum! Yolları açıq olsun!

Kamran Nəzirli

* * *

Elshana Hasanova

Hörmətli Kamran müəllim, dəvətimizi qəbul etdiyiniz üçün sizə dərin təşəkkürümüzü bildiririk. Gənclərin maariflənməsinə verdiyiniz töhfələr, səmimi söhbətləriniz, yaradıcılıq təcrübənizi bölüşməyiniz və dünya ədəbiyyatından nümunələr paylaşmağınız bizə çox dəyərli oldu. Bu unudulmaz, faydalı görüş üçün bir daha təşəkkür edir, sizə yaradıcılıq yolunuzda uğurlar arzulayırıq. Ümid edirik ki,bu cür görüşlər davamlı, axarlı olar.

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.