“Xocalı fəryadı” – Masallıda rəsm sərgisi
Masallıda Xocalı soyqırımına həsr olunmuş rəsm sərgisi keçirilib.
Şəhər Onbirillik İncəsənət Məktəbində təşkil olunan “Xocalı fəryadı” adlı sərgidə rəssamlıq şöbəsi şagirdlərinin əl işləri nümayiş olunub.
Maraqlı rəsmləri ilə fərqlənən məktəblilər rəhbərlik tərəfindən diplomlarla təltif edilib.
Akif AĞAYEV





