Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Azərbaycan və Misirə aid rəsm əsərlərinin sərgisi keçirildi

27.02.2025-ci il tarixində Misir Səfirliyinin Mədəniyyət və Təhsil Əlaqələri Mərkəzində "Esmeralda rəsm studiası"-nın təşkilatçılığı ilə orta məktəb şagirdlərinin və bəzi rəssamların Azərbaycan və Misirə aid rəsm əsərlərinin  sərgisi keçirilmişdir. Sərginin açılışını edən mərkəzin müdiri Prof. Dr. Tarek Mohammad qonaqları salamlamış və  Misiri görmədikləri halda belə möhtəşəm  rəsm əsərlərini ərsəyə gətirdikləri üçün iştirakçılara təşəkkürünü bildirmiş və onlara uğurlar arzu etmişdir. Tədbirin sonunda iştirakçılara sertifikat təqdim olunmuşdur.

Rüstəm Fərman