Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Şamil Aziz:

DEYƏN QİYAMƏTƏ TƏLƏSİR ALLAH

Yaxşılar göylərə uçubdur nədir,
Nadanın sayını yaman çox edir,
Elə bil zaman da sürətlə gedir,
Deyən qiyamətə tələsir Allah.
Mənə belə gəlir,qınama vallah.

 

Qazan tək qaynayır dünya,yer üzü,
Adamın deməyə qalmayıb sözü,
Deyən bizdən bezib Yaradan özü,
Deyən qiyamətə tələsir Allah.
Mənə belə gəlir,qınama vallah.

 

İnsan vəhşiləşib,tapılmır babı,
Veribdir şeytana haqqı-hesabı,
Hər yerdə od tutur Quran kitabı,
Deyən qiyamətə tələsir Allah,
Mənə belə gəlir,qınama vallah.

 

Fələyin tərsinə olub gərdişi,
Kişi arvad olur,arvadsa kişi,
Tanrımız bilirsə əgər bu işi,
Demək qiyamətə tələsir Allah,
Mənə belə gəlir,qınama  vallah.

 

Sülh üçün ayırmır insan bir anı,
Çay tək axıb gedir hey uşaq qanı,
Yerlərdə sürünür bəşər ad-sanı,
Deyən qiyamətə tələsir Allah,
Məni belə gəlir,qınama vallah.

Şamil Aziz.(Çeboksari şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası.) 03.03.2025.

* * *

Müəllifin digər şeirləri:

İNSAN HEÇ SANMA Kİ,BOŞUNA VARSAN.

Qədər düşünmədən başına gələr,
Bütün olanları yaradan bilər,
Xoşbəxt o kəslər ki, sonunda gülər,
İmtahan olunan,sadə qonaqsan.
İnsan heç sanma ki,boşuna varsan.

 

Allahın ilk adı səbrmiş məgər,
Səbrsiz işlərin sonu puç,hədər,
Səbrlə yaşayıb,yaratsan əgər,
Bəhərli bağçasan,ətirli barsan,
İnsan heç sanma ki,boşuna varsan.

 

Tanrım xəlq eyləmiş dünyanı,düzü,
Onundur kainat,bütün yer üzü,
Kitabla göndərib bizə son sözü,
Xeyirxah əməllə ətrafı sarsan,
İnsan heç sanma ki,boşuna varsan.

 

Car çəkib,öyünmə şərəflə,şanla,
Oğulla,uşaqla,dövlətlə,malla,
Ruh göyə uçmamış bil,bunu anla,
Torpağa dönəcək quru samansan,
İnsan heç sanma ki, boşuna varsan.

 

Ol deyib oldurub uca yaradan,
Sənə öz ruhundan üfləmiş bir can,
Aləmə zinətçün yaratmış insan,
O gündən-bu günə Allaha qulsan, 
İnsan heç sanma ki,boşuna varsan.

Şamil Aziz.

Çeboksar şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası.

17.09.2023.

* * *

YER ÖZÜNƏ ÇƏKİR BİZİ.

Etdiyimiz hər əməllər,
Gün üzünə çəkir bizi.
Xəyalımız göydə gəzir,
Yer özünə çəkir bizi.

 

Keçmişlərə boylandıqca,
Yaşlandıqca,qocaldıqca,
Yer üzündə çox qaldıqca,
Yer özünə çəkir bizi.

 

Az göylərin fikrini çək,
Diri ikən yaxşılıq ək,
Öləndə sanki sığal tək,
Yer üzünə çəkir bizi.

 

Gəzə-gəzə olur əyan,
Yenə yerdir bizə qalan,
Niyə qalsın göyə güman,
Yer özünə çəkir bizi.

Şamil Aziz.

(Çeboksarı şəhəri,Çuvaşıstan respublikası,Rusiya federasiyası.)

14.06.2024.