Qadınlar sevinəndə...
ATİAHİ Masallı Rayon Komitəsinin bayram tədbirləri
ATİAHİ Masallı Rayon Komitəsinin təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibəti ilə silsilə tədbirlər keçirilib.
Komitənin əhatə dairəsində olan rayon təhsil sektorunun məktəbəqədər və ümumi təhsil müəssisələrində, Masallı Dövlət Regional Kollecində çalışan qadın ittifaq üzvlərinin iştirakı ilə gerçəkləşən bayram tədbirlərində ATİAHİ rayon komitəsinin sədri Rasim Nurullayev, RİHB-nın İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Abbas Abbaszadə, Masallı rayonu üzrə təhsil sektorunun müdiri Elman Rzayev, şəhid anası, Çaxırlı kənd tam orta məktəbinin direktor əvəzi Mehriban Sultanova və başqaları Azərbaycan qadınının keçdiyi inkişaf yolundan danışıb, böyük zəka və potensiala malik xanımlarımızın bundan sonra da cəmiyyətimizə layiqincə xidmət edəcəklərinə əminliklərini ifadə ediblər.
Qadınları əlamətdar gün münasibətilə təbrik edən çıxışçılar onlara xoş arzularını çatdırıblar.
Tədbirlər zamanı qadınlara həsr edilmiş şeirlər, mahnılar səslənib, ədəbi-bədii kompozisiyalar nümayiş olunub.
Akif AĞAYEV.





