Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Hümbət Quliyev: 

Burun haqqında

(esse)

İnsanla bağlı bir məlumatı diqqətinizə çatdırırmaq istəyirəm.

Yəqin bilirsiniz ki,insan həcmli görmək ücün mütləq iki gözlə baxmalıdır. Buna elmdə binokulyar görmə deyilir.

Elə bu səbəbdən də hamının iki gözü var.

Amma bilirsinizmi ki, iki gözlə baxmaq üçün burnun müstəsna əhəmiyyəti var, çünki yaxşı görmək üçün gözlərin biri-birindən ayrı, müstəqil baxması əsas şərtdir.

Burun olmasaydı, insan iki gözlə heç vaxt görə bilməzdi.

İndi təsəvvür edin, iki göz arasında olan burnu, yəni iki göz arasındakı təbii arakəsməni, çəpəri götürürük. Əvvəla, gözlər biri- birini görüb şok keçirərdilər. Milyon il mövcud ol, bütün dünyanı gör, ancaq xəbərin olmasın ki, çəpərin o biri tərəfində eynən sənin kimi bir göz də yaşayırmış.

Bir-birinə məəttəl baxan gözləri təsəvvür etdiniz? Sadəcə, görmək üçün, bir gözümüzü mütləq bağlayacaqdıq. Təkgözlü olacagdıq.

Sonda, çox xanımların xoşlamadığı, bu səbəbdən də cərrah-kosmetoloqların çörək ağacı olan burun haqqında bir şüarım: Yaşasın bizim gözəl görmə qabiliyyətimizin qarantı olan möhtəşəm burnumuz.

Hümbət Həsənoğlu