Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallı məktəbliləri ölkə üzrə fənn müsabiqəsində yüksək nəticə göstəriblər

 

Ölkə üzrə Məktəblilərarası Fənn Müsabiqəsinin I mərhələsinə yekun vurulub.
Masallı rayonunun dörd məktəblisi ilkin mərhələdə maksimum nəticə əldə edib. 
Masallı şəhəri “Dəfinə” texniki-riyaziyyat təmayüllü liseyin VII sinif şagirdləri Əli Ədalət oğlu Pirizadə, Eşqin Samir oğlu Səmədli, Ərkivan qəsəbəsi Əlvan Bağırov adına 4 nömrəli tam orta məktəbin VII sinif şagirdi Abbas Fərail oğlu Məmmədov, Masallı şəhəri Rafiq Əlihəsənov adına 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Hökumə Zöhrab qızı Səfərli kimya fənni üzrə 100 bal toplayıblar.  
Məlumat üçün bildirək ki, üç mərhələdən ibarət müsabiqələr beynəlxalq fənn olimpiadalarına hazırlıq çərçivəsində reallaşdırılır. Müsabiqələrin təşkilində məqsəd respublikanın rayon və şəhərlərində məktəblilərin fənlərə olan marağını artırmaq, istedadlı və çalışqan şagirdlər arasında sağlam rəqabət şəraiti yaradaraq onların potensialını gücləndirməkdən ibarətdir.

 

Akif AĞAYEV