Daha bir tiktoker həbs edildi
"TikTok" sosial şəbəkəsində HQ kimi tanınan Həqiqət Qəhrəmanova 10 sutka inzibati həbs edilib.
Tiktokerin həbsinə səbəb sosial şəbəkədə nalayiq ifadələr işlətməsi olub.
Məlumata görə, 2025-ci ilin fevralında İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi əsasında H.Qəhrəmanova barəsində 10 sutka müddətinə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarı çıxarılıb.


