U-19 futzal millimiz Türkiyə komandasına uduzub
19 yaşlılar arasında futzal üzrə keçirilən və Azərbaycan millisinin də iştirak etdiyi Avro-2025-in əsas seçmə qrup mərhələsinin oyunlarına yekun vurulub. Turnirin 7-ci qrupunda yer alan Azərbaycan millisi bu gün qrupda son tur çərçivəsində Türkiyə komandası ilə qarşılaşıb. Təəssüflər olsun ki, Xorvatiyanın Omis şəhərindəki "Rubnjak" idman arenasında baş tutan bu oyunda da millimiz meydanı məğlub durumda tərk edib - 1:3. Azərbaycan millisi bu oyunda qapısından buraxdığı üç qola qarşı yalnız matcin 34-cu dəqiqəsində bir təsəlli qolu vura bilib. Yeganə qolun müəllifi isə Elgün Sadıxlı olub. Bununla da baş məşqçisi İlqar Aslanov olan millimiz qrupda keçirdiyi üç oyunun ikisində uduzub , birində isə rəqiblə heç-heçə oynamaqla turniri cəmi bir xalla qrup autsayderi kimi tərk edib.
Xatırladaq ki, millimiz ştatda Bosniya-Herseqovina komandasına darmadağın hesabla məqlub olub - 2:10. Ardından Xorvatiya ilə sülh bağlayıb - 3:3.
Digər oyunlara gəlincə, Türkiyə Xorvatiya ilə heç-heçə (3:3) oynayıb, Bosniya-Herseqovina komandasına isə minimal hesabla qalib gəlib 4:3. Hazırda qrupda Xorvatiya - Bosniya-Herseqovina matçı davam edir.
Yeri gəlmişkən, reqlamentə görə, qrup lideri olan komanda Avro -2025-in final mərhələsinə vəsiqə qazanacaq.
İNTİQAM Məmmədov