Lider ən yaxın təqibçisini məyus edib
Aprelin 4-də qadın voleybol klublarının mubarizə apardığı Azərbaycan çempionatının Yüksək Liqasında sayca 18-ci tura start verilib. Turun ilk günü təqvim üzrə keçirilməsi nəzərdə tutulan 3 oyundan ikisi keçirilib. Turun və günün ən maraqlı və diqqət çəkən oyunu isə yarış cədvəlinə şəriksiz liderlik edən "Abşeron" klubu ilə onun ən yaxın təqibçisi olan "Milli Aviasiya Akademiyası" (MAA) arasında baş tutub. Bakı Voleybol Mərkəzində keçirilən bu oyunda "Abşeron" rəqibini quru hesabla məqlub edərək liderlik mövqeyini daha da möhkəmləndirib - 3:0 (25:17, 25:19, 25:17).
Günün və turun ikinci oyunu eyni məkanda Azərbaycan qadın boleybolunun flaqmanı sayılan və yarış cədvəlində üçüncü yeri tutan "Azərreyl"lə çempionatın hələ də xalsız qalan autsayderi UNEC arasında baş tutub. Qarşılaşma flaqmanin quru hesablı qələbəsi ilə bitib - 3:0 (25:14, 25:22, 25:19).
Hesabat turuna bu gün Gəncədəki OİK-də keçiriləcək "Gəncə"-"Murov Az Terminal" (saat 14:00) oyunu ilə yekun vurulacaq.
Turnir cədvəlində vəziyyət belədir:
Abşeron - 46 xal, MAA - 39, Azərreyl - 32, Gəncə - 24, Murov - 18, UNEC - 0 xal.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)
.jpg)