Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

BDU-nun Geologiya fakültəsinin tələbələri Rusiyada beynəlxalq konfransda məruzə ediblər

Bakı Dövlət Universitetinin (BDU) Geologiya fakültəsinin tələbələri Rusiyanın Sankt-Peterburq Dövlət Universitetinin Yer Elmləri İnstitutunda Yer Elmləri Tələbə Elmi Cəmiyyəti tərəfindən keçirilən Beynəlxalq Geoloji Tələbə Sammitində iştirak ediblər. Konfransda dünyanın bir sıra ölkələrindən olan tələbə və doktorantlar, gənc tədqiqatçılar bir araya gəlib. 

Geologiya fakültəsinin Geologiya və geofizika mühəndisliyi ixtisasının  ingilis bölməsi üzrə IV kurs tələbəsi Xəyal Hüseynov “Kiçik Qafqazın Azərbaycan hissəsində vulkanizmin son kaynozoy təkamülü haqqında ümumi geoloji məlumat”, II kurs tələbəsi Adnan Əliyev isə “Abşeron arxipelaqının yataqlarında qazın tərkibi və məhsuldar təbəqələrin qanunauyğunluqlarının dəyişməsi” mövzularında məruzə ediblər.

Fakültənin Geologiya ixtisasının rus bölməsi üzrə III kurs tələbəsi Aysun Mehtiyeva isə Perm Dövlət Universitetində tələbələrin, doktorantların və gənc alilərin “İnkişaf edən dünyada geologiya” mövzusunda konfransında onlayn çıxış edib.

 

RUS:

Студенты БГУ выступили на конференции в России

Студенты геологического факультета Бакинского государственного университета (БГУ) приняли участие в Международном геологическом студенческом саммите в Институте наук о Земле Санкт-Петербургского государственного университета России.

Мероприятие было организовано Студенческим научным обществом Института наук о Земле. В конференции приняли участие студенты, докторанты и молодые исследователи из нескольких стран мира.

Студент геологического факультета Хаял Гусейнов выступил с докладом на тему «Общие геологические сведения о новейшей кайнозойской эволюции вулканизма азербайджанской части Малого Кавказа», Аднан Алиев - «Состав газа месторождений Абшеронского архипелага и закономерности изменения продуктивных пластов».

Айсун Мехтиева выступила в онлайн-формате на конференции «Геология в развивающемся мире» в Пермском государственном университете.