Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

   Ümumdünya Mədəniyyət Günü

Dünyada hər il aprelin 15-i Ümumdünya Mədəniyyət Günü kimi qeyd olunur. Bu günün keçirilməsində əsas məqsəd bütün ölkələrin və icmaların mədəniyyətlərini qoruyub saxlamaqdır. Ümumdünya Mədəniyyət Günü kimi də adlandırılan bu bayram insanları bir məqsəd altında birləşdirir. Məhz bu birlik ruhu sayəsində tarixi abidələr mühafizə olunur, incəsənətin və mədəniyyətin bütün sahələrinə nəzarət gücləndirilir. 
Bu günün əhəmiyyətindən danışarkən, tarixi faktlara da nəzər salmaq yerinə düşər. Ümumdünya Mədəniyyət Gününün mahiyyətini izah edən Rerich sazişi ilk dəfə 1931-ci ildə təklif edilmişdir. Bu sənəd mədəni və elmi əsərləri silahlı münaqişə zamanı məhv olmaqdan qorumaq məqsədi ilə rus rəssamı Nikolas Roerix tərəfindən hazırlanmışdır.
Saziş 15 aprel 1935-ci ildə ilk dəfə Vaşinqtonda Birləşmiş Ştatlar tərəfindən ratifikasiya olundu və aprelin 15-i beynəlxalq səviyyədə rəsmi gün kimi qeyd edildi. Dünyada bu xüsusi günün təmtəraqla keçirilməsinə şahidlik edən Sülh Bayrağı paktın simvolu kimi tanınır. Bütün iştirakçı ölkələr mədəniyyətlərarası dialoqu təmin etmək məqsədi ilə  beynəlxalq proqramlar təşkil edirlər. 
Qeyd edək ki, Kuba, İtaliya, Litva, Latviya, Rusiya və İspaniyadakı xeyriyyə təşkilatları 2008-ci ilin dekabrında 15 aprelin Ümumdünya Mədəniyyət Günü (IMAUUDC) kimi təsdiq edilməsi üçün Beynəlxalq Hərəkata qoşularaq, bir araya gəldilər. Hazırda, Hərəkatda 14 ölkədən 40 təşkilat və 25 000 fiziki şəxs iştirak edir.

Fidan SALMANOVA
Azpress.Az