Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Nəriman Qasımoğlu: 

Bu millətçilik damğası bizdə onun şəxsiyyətinə rəğbət yaradırdı...

14 aprel N.Nərimanovun doğum günüdür.

Bir gün Q.Qasımzadədən soruşdum, adımı niyə Nəriman qoyublar, bu adda nəslimizdə kimsə olmayıb. Dedi, Nərimanova görədir. Səbəbini soruşdum. Dedi, sən dünyaya gəlməmişdin hələ, sovet hakimiyyətinin təbliğatında mənfi mənada millətçiliklə assosiasiya olunan bir sözü gəncliyimizdən elə hey eşidirdik: narimanovşina, yəni nərimanovçuluq. Bu millətçilik damğası bizdə onun şəxsiyyətinə rəğbət yaradırdı, mən də sənə bu adı qoydum...

Sonralar universitetdə oxuyanda bir doğum günümdə mənə bu sətirləri yazıb bağışlayacaqdı:

Taleyimə əhsən dedim

Göz açanda sən dünyaya.

Şəfəq düşdü Yer üzündən

O gün sankı Günə, Aya.

 

Dayə oldu bu torpaqda

El hikməti, sözü sənə.

Qanad taxıb yol göstərdi

Azərbaycan özü sənə.

Ondan aldın dürüst cavab

Qəlbin sorğu-sualına,

Şahid qaya, yazılı daş

Naxış vurdu kamalına.

 

Dedim hər il, hər ölkədə

Sayı artsa Nərimanın

Hər guşəsi gözəlləşər

Mən biləni bu dünyanın.

* * *

Nazim Quliyev

Allah Qasım müəllimə də Nərimanova da rəhmət etsin, məkanları cənnət olsun. Sadəcə Nərimanovun həyatını, mübarizə yolunu oxumaq lazımdır.

Ирада Алиева

Allah Qasım Qasımzadəyə və Nəriman Nərimanova qəni-qəni rəhmət eləsin. Yerləri cənnət olsun. Amiiinnn

Sh A Rzayeva

Çox gözəl yazılmış.

N.Nərimanovun ev muzeyi mənim yaşadığım binada yerləşir.

(Ata evimdə)

Feride Haciyeva

Allah atanıza rəhmət eləsin.Ruhu şad olsun.Sevilən sənətkarımızın

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.