Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Avropanın məşhur klubları “Qarabağ”ın yarımmüdafiəçisini almaq istəyir

Azərbaycanın "Qarabağ" futbol klubu komandanın Monteneqrolu yarımmüdafiəçisi Marko Yankoviç üçün rəsmi təkliflər ala bilər.

Qeyd olunur ki, Yunanıstanın “Panatinaikos” və Xorvatiya “Dinamo”su Monteneqro millisinin yarımmüdafiəçisini ciddi hədəfə alır və bununla əlaqədar qarşıdakı yay mövsümündə onun transferi üçün “Qarabağ”a konkret məbləğlərlə yanaşmaq niyyətindədirlər.

Məlumata görə, Yankoviçlə 2026/27 mövsümünün sonuna kimi müqaviləsi olan Ağdam klubu komandanın yarımmüdafiə xəttində əsas rol oynayan 29 yaşlı yarımmüdafiəçi ilə ayrılmaq istəmir.