YADA DÜŞƏR XATİRƏLƏR
(AZpressAZ-in arxivindən: 2023-cü il)
“Milli Qəhrəmanları unutmuruq” layihəsi davam edir
Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin (MKS) M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının İnformasiya-resurs şöbəsi “Milli Qəhrəmanları unutmuruq” layihəsini həyata keçirməsini davam etdirir.
Layihə çərçivəsində kitabxananın sistem inzibatçısı Gülnar Allahverdiyeva “Avqust ayında anadan olan Azərbaycanın Milli Qəhrəmanları” adlı növbəti videoçarx hazırladı.
Videoçarxda Azərbaycanın Milli Qəhrəmanları Aslan Atakişiyev və Fəxrəddin Cəbrayılovun həyatı və döyüş yolları haqqında materiallar nümayiş olunur.
.jpeg)