"Abşeron" və "Sərhədçi" də pley-offa adlayıb
Bu gün kişi basketbol klublarının mubarizə apardığı ABL-da pley-in mərhələnin daha iki oyunu başa çatıb və bununla da pley-offa yüksələn klubların hamısı bəlli olub.
Söhbət "Abşeron" - NTD və "Sumqayıt" "Sərhədçi" matçından gedir.
Bu cütlərdən "Abşeron" klubu rəqibini 81:74 (19:19, 19:15, 22:21, 21:19) hesabla məqlub edərək ümumi hesabı 2:1- ə çatdırmaqla pley-offa yüksəlib. "Abşeron" pley-offda "Naxçıvan"la üzləşəcək.
Digər oyunda isə "Sərhədçi" klubu səfərdə 94:96 (16:20, 27:20, 25:32, 26:24) hesabla qalib gələrək hesabı öz xeyrinə olmaqla 2:1-ə çatdırıb və adını pley-offa yazdıran sonuncu klub olub. "Sərhədçi" pley-offda "Sabah"la qarşılaşacaq.
Pley-offun digər iki matçında isə "Gəncə" "Şəki" ilə, "Ordu" isə "Neftçi"ylə üzləşəcək.
İNTİQAM Məmmədov
.jpg)
.jpg)
.jpg)