Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Ötən həftə azad edilmiş ərazilərdə daha 69 mina aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik məlumat (14.04.2025 - 20.04.2025) açıqlanıb.

ANAMA-dan AZpress.AZ-a verilən məlumata görə, Tərtər, Ağdam, Ağdərə, Laçın, Füzuli, Şuşa, Xocalı, Xankəndi, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Qubadlı və Zəngilanda 60 piyada əleyhinə mina, 9 tank əleyhinə mina, 1072 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 893.8 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Best coffeeshop in Berlin