Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Tahir Əmiraslanov: 

O masada inam paylaşılırdı: gələcəyə, insana və birlik ruhuna

19. 04. 2025 tarixdə ATELYER 61 Restoranında çox maraqlı və məni təsirləndirən, heyrətləndirən və riqqətə gətirən , fəxr etdiyim bir məclisdə iştirak etdik. Bu sadəcə peşəkar aşpazlar komandasının hazırladığı ləzzət dünyası , yüksək xidmət göstərilən bir yemək masası ətrafında toplaşmaq deyildi – bu, gələcəyin qurulması yolunda görünməyən əllərin necə möcüzə yaratdığının səssiz, sadə və bir o qədər də nəcib təqdimatı idi. O masada sadəcə yemək yox, həm də inam paylaşılırdı: gələcəyə, insana və birlik ruhuna.

Bu təşəbbüsün arxasında dayanan şəxs – adını hallandırmaq istəməyən bir iş adamı – 2 ildir ki, Azərbaycanın müxtəlif bölgələrini dolaşaraq yüksək balla ali məktəbə qəbul olunan gəncləri bir araya gətirir. Onları həmrəy bir komandaya, bir növ ailəyə çevirir. Bu gün həmin ailənin 23 üzvü var – hər biri məqsədyönlü, istedadlı və işıqlı uşaqlardır.

Bu təşəbbüs yalnız təhsil dəstəyi deyil. Bu, Ölkəmizin, uca Dövlətimizin gələcəyi olan gənclərin rahat şəkildə oxuya bilməsi, öz potensialını tam şəkildə üzə çıxarması üçün yaradılmış sistemli və hərtərəfli bir modeldir. Təhsil haqqı, yaşayış, gündəlik ehtiyaclar, hazırlıq kursları, şəxsi inkişaf vasitələri – hər şey düşünülüb. Hətta istirahət və əyləncə ilə bağlı kiçik arzular belə nəzərə alınır.

Ən təsirli məqamlardan biri isə budur ki, bu iş adamı öz missiyasını sadəcə maddi dəstək verməklə bitmiş saymır. O, vaxtaşırı tələbələrlə görüşür, onları yeməyə dəvət edir, dərslərini, hədəflərini dinləyir, uğurlarına sevinir, qayğılarına ortaq olur. Hər görüşdə tələbələr müxtəlif sahələrdə uğur qazanmış insanlarla tanış olur, real hekayələr eşidir, motivasiya alırlar.

Əlavə olaraq, tələbələr arasında təhsil göstəricilərinə görə seçilən bir nəfərin hər il xaricdə istirahət etməsi də təşəbbüsün bir hissəsidir. Bu da gənclər üçün həm təşviq, həm də dəyərləndirilmə nümunəsidir.

Əslində, bu hekayədə adlar yox, izlər var və görünür, o izlər tarix boyu yaşayacaq..

Mənı də bu layihənin bir hissəsi kimi görən, layiq bilən dəvət edən bu təvəzökar , özünü deyil Vətənini, Dövlətini sevən , Qarabağı bizə qaytaran Sərkərdədən sevə -sevə danışan , mən hər zaman Onun sıravi əsgəriyəm şəxsə, dostuma səmimi qəlbdən minnətdarlığımı ifadə edir, belə kəsləri olan ölkə daim qalib olacağına əminliyimi ifadə edirəm .

Yaşasın Azərbaycan !

* * *

Vuqar Mikayılov

Allah qorusun, amma?

Tahir Amiraslanov

Vuqar Mikayılov bilirik. Amma sən yanmasan , mən yanmasam kim yanacaq?

Biz yanıb istiliyimizi bu millətə, dövlətə verməsək tarixdə necə var olacağıq.

Ölmək istəməyən gərək heç doğulmaya , satılmaq istəməyən gərək dostluq etməyə, atılmaq istəməyən heç gərək evlənməyə.

Elə deyilmi qardaş

QEYD. Başlıqlar "Facebook" sosial şəbəkəsindəki başlıqla eynilik təşkil edir.