Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Cüdoçularımız Monteneqroda keçirilən Avropa çempionatında medallar uğrunda mübarizəni davam etdirirlər

Bu gün daha beş Azərbaycan cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında mübarizə aparacaq.

Kişilər arasında Zelim Tsakaev, Ömər Rəcəbli (hər ikisi 81 kq) və Murad Fətiyev (90 kq), qadınlar arasında isə Günel Həsənli və Südabə Ağayeva (hər ikisi 70 kq) tatamiyə çıxacaqlar.

Bundan əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) bürünc medal qazanıblar.

Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Komanda qarışıq komanda yarışında da iştirak edəcək.

Best coffeeshop in Berlin