Fəridə Ağazadə:
"Füyuzat" jurnalı tarixi köklərimizə bağlı qalmaq və dövlətimizə faydalı olmaq amalına sadiq qalıb
İrsimizin ayrılmaz parçası olan "Füyuzat" jurnalının qonağı olmaq qürurvericidir. 18 ildir yüksək poliqrafik şəkildə ardıcıl nəşr olunan müasir "Füyuzat" jurnalı milli-mədəni, ictimai-siyasi, tarixi, mənəvi-əxlaqi mövzuları əhatə edir. "Füyuzat" jurnalı milli dəyərlərə, irsimizə, zəngin mədəniyyətimizə, tarixi köklərimizə bağlı qalmaq və bununla da dövlətimizə, xalqımıza faydalı olmaq amalına sadiq qalıb. Füyuzat jurnalının tarix, vətənpərvərlik, Azərbaycanın görkəmli şəxsiyyətləri və milli-mədəni irsi, eləcə də mənəvi dəyərləri haqqında məqalələrdən ibarət nömrələri oxuculara təqdim olunur.


