Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Avroviziya-2025"-də qələbəyə əsas namizədlərin adları açıqlanıb

Avropa bukmeker kontorları Azərbaycanı “Run with u” mahnısı ilə "Avroviziya-2025"də təmsil edən “Mammagamma” qrupunu favoritlər sırasına daxil etməyib.

Bukmeker kontorlarının 1%-dən az hissəsi ölkənin müsabiqədə qalib gələ biləcəyinə inanır.

İsveç və Avstriya bu il müsabiqənin əsas favoritləri hesab olunur. İsveçin KAJ qrupunun "Bara bara basta" bəstəsi 38%, avstriyalı Yohannes Pietskin "Wasted love" mahnısı isə 16% səs toplayıb.

Ən yüksək şansa malik ilk onluqda Fransa, Hollandiya, İsrail, Finlandiya, Belçika, Çexiya, Estoniya və Albaniya da var.

Xatırladaq ki, yarış İsveçrənin Bazel şəhərində keçiriləcək. Yarımfinal mayın 13 və 15-də, final isə mayın 17-də baş tutacaq.

Azərbaycan birinci yarımfinalda on nömrə altında çıxış edəcək.

Best coffeeshop in Berlin