Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Masallıda beynəlxalq elmi konfrans keçirilib

 

“Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış”

 

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilib
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin, Mərkəzi Gömrük Hospitalının birgə təşkilatçılığı, TƏBİB-in, Azərbaycan Respublikası Masallı Rayon İcra Hakimiyyətinin, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının və “Ascent” şirkətinin dəstəyilə Masallı rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş "Ana və Uşaq Sağlamlığı: Mövcud Problemlərə Müasir Baxış" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. 
Əvvəlcə Masallı rayonunda Ulu Öndər Heydər Əliyevin abidəsi ziyarət edilib, abidəsi önünə gül dəstələri düzülüb, xatirəsi böyük hörmət və ehtiramla yad olunub. 
Sonra nümayəndə heyəti Heydər Əliyev Mərkəzini ziyarət ediblər. Burada Ulu Öndərin həyat və fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən zəngin sərgi və ekspozisiyalarla tanışlıq olub. 
Tədbir iştirakçıları Azərbaycan dövlətçiliyinin memarı, xalqımızın Ümummilli Lideri Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Konfransda TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov, Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin Elmi-Təcrübi və Tədris Mərkəzinin rəisi, ürək-damar cərrahı, t.e.d., Əməkdar həkim Rəşad Mahmudov, rəsmi şəxslər və həkim-mütəxəssislər iştirak edib.
TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov Ümummilli Lider Heydər Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrlərdə səhiyyə sahəsinə göstərdiyi xüsusi diqqət və qayğı, ana və uşaq sağlamlığının müdafiəsi və inkişafı istiqamətində həyata keçirdiyi misilsiz xidmətlərindən söz açıb. 
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Tibbi Xidmət İdarəsinin rəisi, Əməkdar həkim, t.ü.f.d. Ceyhun Məmmədov Azərbaycan dövlətinin memarı və qurucusu, dahi şəxsiyyət Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın müstəqilliyi və inkişafı naminə həyata keçirdiyi misilsiz xidmətlərindən danışıb. 
Konfransın rəsmi açılış hissəsindən sonra elmi hissə Azərbaycan, Türkiyə və İngiltərənin aparıcı tibb müəssisələrində çalışan yüksəkixtisaslı mütəxəssislər çıxış ediblər. 
Konfrans çərçivəsində keçirilən panel müzakirələrdə “Mamalıq Patalogiyaları” , “Ginekologiyada müasir müalicələr” və “Ginekologiyada müasir müalicələr” mövzularında çıxışlar dinlənilib.
Konfransın iştirakçılarına 7 DTT balı və sertifikatlar təqdim edilib.


 

Best coffeeshop in Berlin