Azərbaycan parapauerliftçiləri Tbilisidə keçirilən Dünya çempionatını fəth etməyə hazırdırlar
Parapauerliftinq üzrə Azərbaycan yığması mayın 10-dan 12-dək Tbilisidə keçiriləcək Dünya Kubokunda iştirak edəcək.
Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin mətbuat xidmətindən məlumat verilib.
Yarışda Pərvin Məmmədov (49 kq), Rəsul Zəkiyev (88 kq), Şamo Aslanov (+107 kq) və Talıb Zeynalov (+107 kq), Zəhra Dadaşova (61 kq) və Leyla Kərimova (73 kq) çıxış edəcək.


