Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

"Mamaqama" qrupu bu gün "Avroviziya"nın ilk yarımfinalında çıxış edəcək

Bu gün İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" Mahnı Müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

Yarışda ölkəmizi təmsil edən “Mamaqama” qrupu 10-cu seriya nömrəsini alacaq. Onun iştirakçıları Avropa səhnəsinə dinamik və enerjili "Run with U" mahnısı ilə çıxacaqlar. Mahnının sözləri Asəf Mişiyevə, musiqisi Asəf Mişiyevə, Həsən Heydərə və Roman Zilianevə məxsusdur.

Birinci yarımfinalda Azərbaycanla yanaşı, Estoniya, İslandiya, Polşa, Portuqaliya, Sloveniya, İsveç, Ukrayna, Albaniya, Belçika, Xorvatiya, Kipr, Hollandiya, Norveç və San Marino təmsilçiləri mübarizə aparacaqlar.

Yarımfinalın nəticələrinə əsasən, əsas mükafat uğrunda mübarizəni davam etdirəcək 10 şanslı qalib müəyyənləşəcək. İctimai Televiziyada canlı yayımlanacaq yarışma yerli vaxtla saat 23:00-da başlayıb. Yarımfinalın şərhçiləri musiqi prodüseri, musiqiçi və müəllim Elnarə Xəlilova, həmçinin teleradio aparıcısı Ağa Nadirov olacaq.

Qeyd edək ki, müsabiqənin ikinci yarımfinalı mayın 15-də, finalı isə 17-də baş tutacaq.

Best coffeeshop in Berlin