Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Milli Qəhrəman İqor Kşnyakinin qızlarının oxuduğu “Səma qəhrəmanları” mahnısına klip çəkilib  

“ARB Günəş”  “Səma qəhrəmanları” adlı yeni layihəsini ictimaiyyətə təqdim edəcək.
Yeni klip Bakı–Qroznı reysini yerinə yetirərkən qəzaya uğrayan “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə (AZAL) məxsus “Embraer 190” tipli sərnişin təyyarəsinin ekipaj üzvləri - kapitan-pilot İqor Kşnyakin, ikinci pilot Aleksandr Kalyaninov və baş stüardessa Hökumə Əliyevanın xatirəsinə həsr olunub.
Sözləri Baba Vəziroğluna, musiqisi Sevinc Tofiqqızına məxsus mahnını İqor Kşnyakinin qızları Anastasiya və Darya Kşnyakinalar ifa edib. Layihənin rəhbəri Məhsim Məhsimov, quruluşçu rejissoru Vüsal Məmmədov, quruluşçu operatoru Azər Sultanov, prodüseri Çimnaz Şixverdiyeva, ssenari müəllifi Məmməd Məmmədəliyevdir.
Çəkilişlər Heydər Əliyev adına Beynəlxalq Hava Limanında, İqor Kşnyakinin evində və paytaxtın müxtəlif ərazilərində aparılıb.
Ekran işi may ayının 19-u, Milli Qəhrəman İqor Kşnyakinin anadan olmasının 63-cü ildönümü günündə ictimaiyyətə təqdim olunacaq.

"Səma qəhrəmanları"

Söz: Baba Vəziroglu
Mus: Sevinc Tofiqqızı
İfa: Kşnyakina Anastasiya, Kşnyakina Darya 
(Azəri İnciləri vokal qrupu)
Qrupun rəhbəri: Gulnara Qurbanova
Balaban ifaçısı: Rafael Əsgərov
Aranjiman: Anar Seyidov

Best coffeeshop in Berlin