ADPU-da professor Nailə Verdizadənin 80 illik yubileyi qeyd olunub
Mayın 16-da Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Kimya və
biologiya fakültəsinin təşkilatçılığı ilə Analitik və üzvi kimya kafedrasının
professoru, uzun illər təhsil sahəsinə öz töhfəsini vermiş professor Nailə
Verdizadənin 80 illik yubileyi qeyd edilib.
Pedaqoji Universitetin rektoru professor Cəfər Cəfərov yubiley tədbirində
qonaqları salamlayaraq, qocaman müəllimlərin uzun illər universitetdə
göstərdikləri fəaliyyəti yüksək dəyərləndirib, Nailə xanıma təbriklərini ünvanlayıb
və uzunmüddətli səmərəli elmi-pedaqoji fəaliyyətinə görə yubiliyarı Fəxri
Fərmanla təltif edib.
Yubiley tədbirində çıxış edən Elm və Təhsil Nazirliyinin Y.Məmmədəliyev adına
Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru akademik Vaqif Abbasov,
AMEA-nın akademiki, BDU-nun Üzvi kimya kafedrasının müdiri akademik Abel
Məhərrəmov, ADPU-nun elm və innovasiyalar üzrə prorektoru professor Asəf
Zamanov, ADPU Həmkarlar İttifaqı Komitəsinin sədri dosent Vaqif Əliyev,
Kimya və biologiya fakültəsinin dekanı dosent Reyhan Ağayeva, dekan müavini
dosent Bəsti Əsədova, Analitik və üzvi kimya kafedrasının müdiri professor Əli
Zalov, AMEA-nın Dilçilik İnstitutunun şöbə müdiri, filologiya elmləri doktoru
İsmayıl Kazımov, “Kredo” qəzetinin baş redaktoru Əlirza Xələfli, müstəqil
jurnalist Seymur Verdizadə və ailə üzvləri xatirələrini və ürək sözlərini bölüşərək
prof. N.Verdizadənən zəngin elmi-pedaqoji fəaliyyətinə nəzər salıblar.
Tədbir videoçarxlar, təbriklər və musiqili proqramla davam edib. Sonda professor
Nailə Verdizadə tədbir təşkilatçılarına və iştirakçılara öz təşəkkürünü bildirib.
Qeyd edək ki, tədbirdə, həmçinin ADPU-nun Tədris departamentinin direktoru
dosent Sənan Əliyev, Biologiya və onun tədrisi texnologiyası kafedrasının müdiri
dosent Anaxanım Yusifova, Ümumi kimya və kimyanın tədrisi texnologiyası
kafedrasının müdiri dosent Kəmalə İskəndərova, universitetin çoxsaylı professor-
müəllim heyəti və tələbələr iştirak etmişlər.
.jpg)
.jpg)
.jpg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)
.jpg)
.jpeg)