Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Bakı Musiqi Akademiyasında “Ruhumun səsi” adlı müəllif konserti keçirildi

19 may 2025-ci il tarixində Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının Böyük zalında dahi bəstəkar Üzeyir Hacıbəylinin 140 illik yubileyi çərçivəsində “Ruhumun səsi” adlı müəllif konserti baş tutdu.

Konsert Lalə Cəfərova və tələbələrinin ifasında təqdim olundu. Tədbirdə “Nəfəs və Zərb alətləri” kafedrasının tələbələri müxtəlif tərkibli ansambllarda çıxış edərək caz janrında maraqlı və rəngarəng proqram təqdim etdilər.

Zəngin konsert proqramında bəstəkarın “İncə hisslər”, “Pyes № 1”, “İspansayağı”, “Blyuz”, “Payız nəğməsi”,  “L”, “Xatirə” poeması, “Lirik pyes”, “All Star Perfomance” və Henryk Kuzmakın  “Va – Bank Ragtime”, Henry Mancininin “The Pink Panter”, Aleksandr Qrivin “Pasifik” (Zodiak qrupu) əsərləri dinləyicilərə təqdim olundu.

Tədbirdə iştirak edən ifaçılar:

Fleyta – Fatimə Salamova, Sənəm Hacıəhmədova, Zeynəbxanım Hüseynzadə

Qanun – Mehriban Qulieva

Klarnet – Namiq Səlimov, Şəmistan Əliyev, Cavidan Rəsulov

Saksofon – İlkin Məmmədov

Valtorna – İbrahim Kazımov

Truba – Faiq Əlizadə, Fərid Hacıyev, Fərhad Şükürov

Tuba – Türkruh Əhmədli

Zərb alətləri – Kamil Hüseynzadə, Həsən Hüseynov, Azər Səfərzadə

Konsert tamaşaçılar tərəfindən böyük maraqla qarşılandı və gənc ifaçıların peşəkarlığı alqışlarla müşayiət olundu. Tədbir Üzeyir Hacıbəylinin zəngin irsinin müasir musiqi prizmalarından təqdim olunması baxımından xüsusi əhəmiyyət daşıyır.

Best coffeeshop in Berlin