Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

Əsəd Cahangir 20 ildir mənə bir şeir borclu idi... Hərdən rastlaşanda bədahətən dediklərini nəzərə almasaq mən də hərdən ona xatırladırdım "borcunu"...

Bir dəfə etiraf etdi; bir anama bir də sənə şeir yaza bilmirəm...Daha bir də üzünə vurmadım. Çünki ən gözəl şeir elə bu idi...

TikTok da bir şeirimin rəy yerinə bu şeiri yazıb...

Bu dünyanın qəmli qızı,

Yenə nə qan ağlayırsan?

Sən ağlasan, ağlayacaq

Azərbaycan, ağlayırsan!

 

Bir soruşan da yoxdur ki,

Bu qadın nədən ağlayir?

Doğmalar da yadlar kimi

Uzaqdan, gendən ağlayır.

 

Nə gəzirsən bu dünyada?

Sən dünyanın olammadın.

Xəyalındakı sevgilər

Bu dünyada yoxdur, qadın!

 

Sən bir cənnət mələyisən,

Gərək göylərdən enməzdin.

Yanıb-yanıb yer üzundə

Axırı külə dönməzdin.

 

Qəm yemə, bəlkə də Tanrı

Bir gün səni qoymaz naçar.

Göz yaşlarınla sulanmış

Sevda çiçəkləri açar.

Əsəd Cahangir