Məmməd Əvəzoğlu:
Sənin ayaq izlərin
Taleyin oyunu bu, ya zamansız görüşdür,
Onda necə gözəldin, indi yenə eləsən.
Nə qəribə təsadüf, nə amansız görüşdür,
Sevdiyin bir qadına qəfildən rast gələsən.
Gözlərimə baxmadın, bəlkə belə yaxşıdır,
Görənlər elə bilsin məni tanımırsan heç.
Yanındakılar bilər bu sevgi baxışıdır,
Yenə yoluma çıxsan,gəl yanımdan belə keç.
O qəmzəli baxışlar mənə verməzdi aman,
Gözlərin məhəbbəti ayrı cürə yozulmur.
İnsanın ürəyini necə dəyişir zaman,
Ürəyə yazılanlar, elə bildim pozulmur.
Sənə olan sevgimi o zaman da bilmisən,
İndi demə ki, daldan atılan bu daş nədir.
Özün öz istəyinlə həytıma gəlmisən,
Sənin ayaq izlərin hələ ürəyimdədir.
Məmməd Əvəzoğlu.23.05.2025.


