IV Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı davam edir +VİDEO/FOTO=53
İstəkli oxucular, bildiyiniz kimi artıq neçə gündür ki, paytaxtımız Bakı şəhərində Türk Dövlətlərinin 4-cü ədəbiyyat və kitab festivalı keçirilir.
Maraq və həm də tanışlıq məqsədi ilə mən də öz yeni kitablarımla bu festivalda iştirak edirəm . Qeyd edim ki, bu festivala maraq çox böyük və rəngarəngdir. Və festivalda hər gün bir Türk dilli dövlətin ədəbiyyatından, onların şair və yazıçılarının yaradıcılığından söhbət açılır .
Bir ziyalı, şair, publisist olaraq mənim də keçirilən festival haqqında öz təəssüratlarım var və onları yeri gəldikcə sizlərlə paylaşacaq və nəzərlərinizə çatdıracağam . İndi isə sizlərə festivalın gedişindən görüntüləri paylaşıram .
Elçin Səlimli


