Qərbi Nil qızdırmasına ilk yoluxma halı qeydə alındı
Bu il Ermənistanda ağcaqanadlar tərəfindən ötürülən virusun yaratdığı Qərbi Nil qızdırması xəstəliyinə ilk yoluxma halı qeydə alınıb.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, ilk və yeganə yoluxma halı iyunun 3-də aşkarlanıb.Yuxarıya yoluxanların təxminən 80 faizində xəstəliyin əlamətləri yoxdur.
Kliniki simptomlara baş ağrısı, miyalji, səpgi, başgicəllənmə və ağır hallarda meningit, ensefalit, həmçinin mərkəzi və ya periferik sinir sisteminin zədələnməsi əlamətləri daxildir.
Ermənistanda bu viral xəstəliyə ilk yoluxma halı 21 avqust 2024-cü ildə qeydə alınıb.Qərbi Nil qızdırması insanlara ağcaqanad dişləməsi ilə keçir. İnfeksiya çox vaxt asemptomatikdir. Xəstəliyin mümkün əlamətləri qripə bənzər simptomlar və dəri döküntüsüdür.


