Skip to main content
Skip to main content
Best coffeeshop in Berlin

YADA DÜŞƏR XATİRƏLƏR

(AZpressAZ-in arxivindən: 2023-cü il)

Fəridə Aslanova Rüstəmova:

Yalnız bir gücüm var, o da sözdür. İnsanlara xoş söz hədiyyə edirəm

Səhər-səhər saç ustam deyir ki, sınamışam, sən salona daxil olandan sonra həmin gün pulum başımdan aşıb-daşır.  
Bir xanım var, qohumumdur, deyir ki, nə olar 5 dəqiqə səninlə söhbət edim, özümü xoşbəxt və güclü hiss edirəm, heç yerim ağrımır onda.
Başqa bir tanışımız var, deyir sən Allah, səhər-səhər qarşıma çıx, işim uğurlu olur onda...
Evdə uşaqlar deyir ki, ana, sən əlini bizə toxunduranda özümüzü çox güclü hiss edirik. 
Yəni ən çox eşitdiyim budur: "Fəridə, vallah, sınamışıq, sən çox qeyri-adi adamsan, ilahi qüvvə var elə bil səndə"...
Onlar belə deyirlər, mən də təbəssümlə qarşılayıram. 
Bəs sirrim nədir? Niyə onlarda belə təəssürat yaradıram? 
Yerimə kim olsa idi, ətrafdakıların bu saf hisslərindən sui-istifadə edərdi...
Vallah, billah, heç bir qeyri-adi gücüm yoxdur. 
Yalnız bir gücüm var, o da sözdür. İnsanlara xoş söz hədiyyə edirəm. Sözün möcüzəvi  sehri insanların yatmış potensialını oyadır, çünki hər birimizi idarə edən sinir sistemimizdir və düzgün alqoritmlə işləyəndə hər şey qaydasında olur.   Onlar da elə bilirlər ki, məndə enerji var və s.
 Enerji sözdür. Xoş söz!  
Bir-birimizi acı sözlərlə zəhərləməyək, günlərimiz xoş olsun! 
Mənim anlamımda odur ki, özünü müqəddəsləşdirən insanların psixoloji durumu yerində deyil, şizofreniyanın əlamədidir. 
Həm də çalışın, həyat eşqinizin mənbəyi  özünüz olasınız, heç kəsdən asılı olmayın, çünki insanı məhv edən alüdəçilikdir.
Unutmayaq ki, enerji aldığımız hər hansı bir mənbə bir gün bizə əbədi tərk edə də bilər...  
Birnəfəsə nə  yazdım, heç özüm də bilmədim, amma nə isə deməyə çalışdım.
Gedim. Axşam tamaşamız olacaq və Akademik Musiqili Teatrdayam. 
Mən də teatrın sehrində özünü bəxtəvər hiss edənlərdənəm...
Problem həmişə var və bütün çətinliklərə baxmayaraq ruh halınızı həmişə yüksək tutun.  

Best coffeeshop in Berlin