Daha bir tiktoker ev dustaqlığına buraxıldı
Nərimanov Rayon Məhkəməsində Məhərrəmov ləqəbi ilə tanınan tiktoker Əmrah Məhərrəmovun barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi ilə bağlı vəsatətə baxılıb.
Məhkəmə vəsatəti təmin edib, həbs qətimkan tədbiri ev dustaqlığı ilə əvəz edilib.
Xatırladaq ki, A.Məhərrəmov ötən ilin dekabrında saxlanılıb. O, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-1-ci (külli miqdarda narkotik vasitələri və ya psixotrop maddələri satmaq məqsədi olmadan qanunsuz olaraq əldə etmə, saxlama, istehsal etmə, emal etmə, daşıma) maddəsi ilə ittiham olunub.


