BDU-da “Rəqəmsal əsrdə universitet kitabxanaları:beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar
Bakı Dövlət Universitetində (BDU) Elmi Kitabxananın metodik fəaliyyəti və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) illik hesabatına həsr olunmuş “Rəqəmsal əsrdə universitet kitabxanaları: beynəlxalq resurslar və repozitoriyalar” mövzusunda seminar keçirilib. Respublika ali məktəb kitabxanalarının metodiki mərkəzi və Azərbaycan Kitabxana İnformasiya Konsorsiumunun (Az.KİK) rəhbəri olan BDU-nun Elmi Kitabxanası tərəfindən hər il mütəmadi keçirilən seminarda ölkənin bir sıra region ali təhsil müəssisələri və dövlət qurumlarının kitabxana rəhbərləri də daxil olmaqla 80-dən çox əməkdaş iştirak edib.
Seminarda açılış nitqi üçün çıxış edən BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar Mərkəzinin direktoru Mais Süleymanov müasir dövrdə elm və təhsildə məlumat bazalarının önəmi, onlara əlçatanlığın təmin edilməsi və tədqiqat potensialının inkişafında repozitoriyaların rolunun vacibliyindən danışıb.
BDU-nun Elmi Kitabxanasının direktoru Nigar İsmayılova “Elektron resurslara əlçatanlıqda korporativ abunəlik: problemlər və həll yolları” adlı məruzəsində korporativ abunəliyin əldə edilməsi yolları, üstünlükləri, üzvlük və ödəniş formaları, elektron resurslara korporativ abunəlik nümunələri haqqında söz açıb. BDU-nun korporativ abunəlik modeli ilə elektron resurslara əlçatanlıq fəaliyyəti təqdim olunub.
Elmi Kitabxananın Metodiki iş və əməkdaşlıq şöbəsinin müdiri, EIFL.net üzrə milli əlaqələndirici, EBSCO-nun Azərbaycan üzrə təmsilçisi Cəmilə Yusifova isə “Beynəlxalq elmi platformalar və Az.KİK-in innovativ xidmətləri” adlı məruzə ilə çıxış edib. O, Az.KİK-in EIFL.net beynəlxalq kitabxana konsorsiumu ilə əlaqələri, fəaliyyət proqramları və istiqamətləri, konsorsium üzvlərinə təqdim olunan xidmətlər, “EBSCO”, “EBSCO EDS” (Electron Discovery Service) və “Kitabxanalar üçün süni intellekt” (EBSCO AI Insights) platformalarına əlçatanlığın təmin edilməsi məsələləri haqqında tədbir iştirakçılarına məlumat verib.
Azərbaycan Dövlət İqtisad Universitetinin Kitabxana İnformasiya Mərkəzinin direktoru Adilə Abdullayeva məruzəsində elmi jurnalların EBSCO məlumat bazasına daxil edilməsi və müəllif hüquqları məsələlərindən söz açıb.
Xəzər Universiteti Kitabxana İnformasiya Mərkəzinin direktor müavini Aytac Misgərli təmsil etdiyi qurumun beynəlxalq layihələri, xüsusilə 3 Avropa ölkəsinin və respublikanın 8 ali təhsil müəsisəsinin kitabxanalarını özündə birləşdirən tədqiqat potensialının inkişafında institusional repozitoriyaların yaradılmasına həsr olunan layihənin əməkdaşlıq təcrübəsindən bəhs edib.
Seminarda Naxçıvan Dövlət Universiteti, Lənkəran Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Gəncə Dövlət Aqrar Universiteti və digər region ali təhsil müəssisələrinin kitabxanaları da onlayn şəkildə iştirak ediblər.
Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.
***
RU:
В БГУ обсуждали университетские библиотеки в цифровую эпоху
В Бакинском государственном университете (БГУ) прошел семинар «Университетские библиотеки в цифровую эпоху: международные ресурсы и репозитории». Семинар был посвящен методической деятельности Научной библиотеки вуза и годовому отчету Азербайджанского библиотечно-информационного консорциума (Az.KIK).
Маис Сулейманов, директор Центра организации научной деятельности и инноваций БГУ, выступивший с вступительной речью на семинаре, рассказал о значении баз данных в науке и образовании в современном мире, обеспечении их доступности, роли репозиториев в развитии исследовательского потенциала.
Нигяр Исмайлова, директор Научной библиотеки БГУ, в своем докладе «Корпоративная подписка в доступности электронных ресурсов: проблемы и решения» рассказала о способах получения корпоративной подписки, ее преимуществах, формах членства и оплаты, примерах корпоративных подписок на электронные ресурсы. Была представлена модель корпоративной подписки БГУ и его деятельность по обеспечению доступности электронных ресурсов.
Заведующая отделом методической работы и сотрудничества Научной библиотеки, национальный координатор EIFL.net, представитель EBSCO в Азербайджане Джамиля Юсифова выступила с докладом на тему «Международные научные платформы и инновационные услуги Az.KIK». Она проинформировала участников мероприятия о связях Az.KIK с международным библиотечным консорциумом EIFL.net, программах и направлениях его деятельности, услугах, предоставляемых членам консорциума, а также о вопросах обеспечения доступности к платформам EBSCO, EBSCO EDS (Electron Discovery Service) и «Искусственный интеллект для библиотек» (EBSCO AI Insights).
Директор Библиотечно-информационного центра Азербайджанского государственного экономического университета Адиля Абдуллаева в своем докладе рассказала о включении научных журналов в базу данных EBSCO и вопросах авторских прав.
Заместитель директора Библиотечно-информационного центра Университета Хазар Айтадж Мисгерли рассказала о международных проектах представляемого ею учреждения, в частности об опыте сотрудничества в проекте, посвященном созданию институциональных репозиториев в целях развития научно-исследовательского потенциала, в который входят библиотеки из 3 европейских стран и 8 высших учебных заведений республики.
В семинаре в режиме онлайн также приняли участие библиотеки Нахчыванского государственного университета, Лянкяранского государственного университета, Мингячевирского государственного университета, Гянджинского государственного аграрного университета и других региональных высших учебных заведений.
В конце были даны ответы на вопросы участников семинара.


