Ruben Vardanyanın məhkəməsinin hazırlıq iclası keçirilib
Azərbaycan Cinayət Məcəlləsinin işgəncə, muzdluluq, hərbi qanunları pozma, terrorizm, terrorçuluğu maliyyələşdirmə və digər cinayətlər maddələri ilə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
Bakı Hərbi Məhkəməsinin Bakı Məhkəmə Kompleksində yerləşən yeni inzibati binasında keçirilən ilkin açıq iclasda R.Vardanyanın şəxsi məlumatları dəqiqləşdirilib.
Təqsirləndirilən şəxs öz istəyi ilə vəkil və rus dilinə tərcüməçi ilə təmin olunub.